Peşəkarlar üçün:
İndi Siz ProfMartda Peşəkar qismində qeydiyyatdan keçdiyiniz halda, Platformada fəaliyyət göstərmək üçün tələb edilən 20 AZN məbləğində minimum depozit vəsaiti balansızına hədiyyə olaraq əlavə edilir.
Bundan əlavə, Müştərilərə göstərdiyiniz xidmətlər üzrə əldə etdiyiniz xidmət haqqı məbləğindən ProfMart tərəfindən tutulan komissiya:
VÖEN-lə qeydiyyatdan keçmiş Peşəkarsınızsa, Sizin üçün 15% deyil, cəmi 3%
VÖEN-siz qeydiyyatdan keçmiş Peşəkarsınızsa, Sizin üçün 25% deyil, cəmi 10% təşkil edir.
Qeyd edilən komissiyalara əsasən ProfMart tərəfindən Peşəkarlara ödənişlərin həyata keçirilməsi üçün tələb edilən bank komissiyası və vergilər daxildir.
Müştərilər üçün:
ProfMartda Müştəri qismində qeydiyyatdan keçdiyiniz halda, Platformada bir Peşəkarla əlaqə saxlamağınız üçün ödəməli olduğunuz 5 AZN məbləğində komissiya ləğv edildi. İndi Siz ProfMart vasitəsilə istənilən sayda Peşəkarla tam ödənişsiz əsasda əlaqə yarada bilərsiniz.
Bundan əlavə, ProfMart Bazar bölməsində yerləşdirdiyiniz hər elana görə ödəməli olduğunuz 15 AZN komissiya məbləği indi cəmi 0 AZN təşkil edir. Yəni indi Siz Bazarda tam ödənişsiz əsasda istədiyiniz sayda elan yerləşdirə bilərsiniz.
Kampaniya may ayının 31-dək qüvvədədir. Tələsin!